Dövlət başçısı cənab İlham Əliyev Tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı fəaliyyəti, qlobal təşəbbüsləri, sosial-iqtisadi kursu, siyasi islahatları, daxili və xarici siyasəti, eyni zamanda son vaxtlar dünyanı cənginə almış koronavirus pandemiyası dövründə apardığı qabaqlayıcı tədbirləri xalqımız ürəkdən dəstəkləyir. Bunu möhtərəm Prezidentimizə vətəndaşlar tərəfindən ünvanlanmış minnətdarlıq məktubları, keçirilən rəy sorğuları bir daha sübut edir.
Həyata keçirilmiş əsas islahatlar mərkəzində Korrupsya ilə mübarizədə daha təsirli nəticələr əldə olunması ilk öncə, ictimai sektorda şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı cəmiyyətin həssaslığın artırılması və bu istiqamətdə tədbirlərin davamlılığın təmin edilməsi dayanır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən bu sahədə vəzifəli şəxslərə xəbərdarlıq etməsinə baxmayaraq, bir sıra icra başçıları, o cümlədən digər vəzifəli şəxslər tərəfindən cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə son qoyulmamış, mövcud korrupsiya faktlarına görə hüquq – mühafizə orqanları tərəfindən cinayət işləri başlanmışdır. Bu hərəkətlərin dövlətimizin və xalqımızın mənafeyinə ciddi zərbə vurması, dövlətçiliyimizə böyük xəyanət kimi qiymətləndirilmişdir. Ona görə də cənab Prezident bütün neqativ halların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görür.Eyni zamanda son kadr islahatları,ümumiyyətlə bu ölkədə aparılan islahatlar onu göstərir ki,aparılan islahatlardan sonra ölkədə tamamilə yeni mühit formalaşır.
Azərbaycan Respublikasının Prezidentinin apardığı düzgün,düşünülmüş siyasət ,dəqiq hesablanmış tədbirlər nəticəsində biz korono virusla mübarizə sahəsində bir çox ölkələrin nail ola bilmədiyi uğurlar qazandıq,lakin bu uğurları qorumaq daha da inkişaf etdirmək üçün intizamlı,məsuliyyətli,diqqətli olmalıyıq. Bu ölkəmizi,xalqımızı hər bir vətəndaşımızı qorumaq üçün olduqca vacibdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev Azərbaycanda korono virus pandemiyasına qarşı məqsədyönlü tədbirlər görməklə bərabər məşğulluğa və sosial rifaha dəstək istiqamətində fəal siyasətin aparıldığını deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə görülən sosial dəstək tədbirləri ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir.Cənab Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə baxlı təsdiqlənmiş “Tədbirlər Planından ”bəhs edən nazir bu sənəd üzrə dəstək tədbirlərinə təqribən 3,5 milyard manat ayrıldığını qeyd edib.Planda əksini tapan 4 (dörd) istiqamətdə 12 (on iki) tədbir üzrə sosial rifaha dəstək işlərinin aparıldığı bu sahə üzrə 600 milyon manat ayrıldığını deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığını təmin edib.İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri formal şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə birdəfəlik ödəmələr olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xocalı rayon şöbəsi COVİD-19 virusu ilə bağlı olan qarantin dövründə 20 mart 2020-ci il tarixdən 04 may 2020- ci il tarixinə kimi növbəli şəkildə iş rejiminə davam etmişdir.Şöbəmiz tərəfindən karantin dövründə bütün sosail ödənişlər və pensiya ödənişləri nəzərdə tutulmuş qrafikdən əvvəl heyata keçrilmişdir,həmçinin Azərbaycan Respublikasının Prezidnetinin 24 aprel 2020- ci il tarixli 1996 saylı sərəncamını icrasına əsasən 1941-1945 - ci illər Böyük Vətən Müharibəsi iştirakçısının dul arvadına Məmişova Suma İsmayıl qızına 750,00 manat (yeddi yüz əlli manat 00 qəpik) məbləğində birdəfəlik maddi yardım plastik kart hesabına köçrülmüşdür.
Əllik müddətləri karantin dövründə vaxtı bitən əllilərin əlilliyinin müddəti karantin müddətinin bitəcəyi dövrə kimi uzadıldı,o cümlədən vaxtı bitmiş pensiya və sosial müavinət plastik bonkamat kartlarının vaxtlarıda uzadılmışdır.
COVİD-19 virusu ilə bağlı olan karantin dövründə 65 yaşdan yuxarı 21 tənha ahıla evlərində mütamadi olaraq 2 sosial xidmət işçisi tərəfindən xidmət göstərilmişdir. Onlardan 17 ahıl əvvəlcədən qeydiyyatda olub 4 ahıl karantin müddətində qeydiyyata alınmışdır. Həmin 21 ahılların evinə gedilmiş onların ehtiyacları mağazadan və apteklərdən lazım olan ərzaq və dərmanlar alınmış və hər birinə həftə ərzində ən azı 2 dəfə sosial xidmət göstərilmişdir. Həmin ahıllara karantin dövründə 21 nəfərə “Bravo “ marketlər şəbəkəsinin göndərdiyi ərzaq payları paylanmışdır.
08 may 2020- ci il tarixdə 103 ailəyə Heydər Əliyev Fondu tərəfindən ərzaq payları göndərilmiş .Həmin 103 ailədən 20 nəfəri ünvanlı sosial yardım alan, 2 nəfəri 5 dən çox uşaqlı ana, 81 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan ailələrdir.Ərzaq paylari işçilərimiz tərəfindən ev ünvanlarina çatdirilir.
Biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin əməkdaşları olaraq cənab Prezidentin təqdirəlayiq islahatlarını dəstəkləyərək hər bir kəsi ölkə başçısının ətrafında sıx birləşməyə çağırırıq.
Anar İbrahimov
ƏƏSMN yanında DSMF-nin
Xocalı rayon şöbəsinin direktoru